Britaniya miqrasiya böhranının nəzarətdən çıxdığını deyir

Britaniya miqrasiya böhranının nəzarətdən çıxdığını deyir
# 02 oktyabr 2022 15:54 (UTC +04:00)

Britaniyada miqrasiya böhranı nəzarətdən çıxıb.

APA xəbər verir ki, bunu “The Sun”a ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman deyib.

Braverman qeyd edib ki, 2022-ci ildə Manş boğazının Britaniya sahillərinə 30 mindən çox insan gəlib - bu, 2018-ci illə müqayisədə 10 dəfə çoxdur.

Onun fikrincə, bunun səbəblərindən biri Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyin qəbul etdiyi müasir köləlik haqqında qanun olub.

Britaniyanın daxili işlər naziri bildirib ki, Albaniyadan ölkəyə kiçik qayıqlarla gələn insanların təxminən 80 faizi müasir köləliyin qurbanı olduqlarını və qanundan sui-istifadə etdiklərini iddia edirlər.

Braverman əlavə edib ki, pedofiliya, qətl, narkotik alveri ilə bağlı məhkumluğu olan miqrantlar deportasiya olunmaq istədikdə Meyin qanununu xatırlayırlar.

Nazir gileylənib ki, çoxlu aşağı ixtisaslı işçilər və tələbələr Britaniyaya gəlir, onlar işləməkdən imtina edən qohumlarını da gətirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR