Britaniya MN: Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib

Britaniya MN: Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib
# 02 iyun 2022 10:20 (UTC +04:00)

Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya artilleriya qüvvələrinin güclü cəmləşməsi sayəsində lokal nailiyyətlər əldə etməyə davam edir. Bununla belə, vurğulanıb ki, bu proses Rusiya üçün itkisiz başa gəlməyib.

Məlumatda vurğulanıb ki, Severski Donets çayı Rusiya qüvvələrinin hücum oxuna təbii maneədir. Lakin çayı keçmək Luqansk vilayətinin təhlükəsizliyini təmin edən və diqqətini Donetsk vilayətinə yönəltməyə hazırlaşan Rusiya qüvvələri üçün həyati əhəmiyyət kəsb edir.

O da bildirilib ki, çayı keçmək üçün potensial keçid yerlərinə mövcud körpüləri dağıtmış və müdafiə mövqeyinə malik Ukrayna qüvvələri nəzarət edir.

Əlavə olunub ki, Rusiya qüvvələrinin Donetsk vilayətinə növbəti hücumları və çayı keçməsi üçün qısa taktiki fasiləyə ehtiyacı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR