Britaniya MN: Rusiya Seversk və Dolinanı ələ keçirməyə fokuslanacaq

Britaniya MN: Rusiya Seversk və Dolinanı ələ keçirməyə fokuslanacaq
# 13 iyul 2022 10:20 (UTC +04:00)

Donbasdakı Rusiya qüvvələri, ehtimal ki, gələn həftə ərzində bir neçə kiçik şəhəri, o cümlədən Seversk və Dolinanı ələ keçirməyə fokuslanacaq.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Slovyansk və Kramatorsk əraziləri, ehtimal ki, əməliyyatın hazırkı mərhələsi üçün əsas hədəflərdir:

“Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıtmağa və Ukraynanın işğal olunmuş ərazilərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmağa davam edir”.

Kəşfiyyat Xidmətinin məlumatında deyilir ki, Rusiya işğal etdiyi bu ərazilərdə münaqişədən sonrakı administrasiyaların inkişafı istiqamətində addımlar atır, buna nümunə olaraq Rusiya və Ukrayna şəhər və rayonlarının qardaşlaşması təşəbbüsü və ukraynalıların Rusiya vətəndaşlığını almasını asanlaşdıran fərman qeyd olunub.

Məlumatda o da bildirilib ki, Ukraynanın işğal olunmuş ərazilərindəki anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönümlü rəsmilərin hədəfə alınmasına səbəb olur: “Rusiya tərəfindən təyin olunmuş Velikiy Burluk administrasiyası bələdiyyə sədrlərindən birinin 2022-ci il iyulun 11-də avtomobilin partladılması nəticəsində öldürüldüyü etiraf olunub.

Rəsmilərin hədəfə alınması, çox güman ki, rus işğalçılarının üzləşdiyi ciddi problemləri daha da gücləndirəcək və artıq azalmış hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR