Britaniya MN: Rusiyanın uğurları barədə iddiaları daxili auditoriyaya hesablanıb

Britaniya MN: Rusiyanın uğurları barədə iddiaları daxili auditoriyaya hesablanıb
# 16 iyul 2022 10:24 (UTC +04:00)

Rusiyanın bu həftənin əvvəlində Seversk şəhərinin ətraflarına daxil olduğunu iddia etməsinə baxmayaraq, onun hücum əməliyyatları əhatə və miqyası baxımından məhdudlaşmış olaraq qalır. Lisiçanskın qərbindəki döyüşlər isə Seversk və Baxmutda cəmləşib.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan iddialar irəli sürüb və çox güman ki, bu, qismən daxili auditoriyaya uğur nümayiş etdirmək və qüvvələrin döyüş ruhunu gücləndirmək məqsədi daşıyır.

Qeyd edilib ki, Ukraynanın müdafiəsi Lisiçansk ələ keçirildikdən sonra və Ukraynanın müdafiə xəttinin qısaldılmasından sonra Rusiyanın hücumlarını dəf etməkdə uğurlu olub:

“Bu, məhdudlaşan rus hücumlarına qarşı güc və zərbələrin cəmlənməsinə imkan verib və Rusiyanın sürətinin azaldılmasında mühüm rol oynayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR