Britaniya MN: Ukraynadakı Rusiya qüvvələrinin “Qərb” qrupuna yeni komandan təyin ediləcək

Britaniya MN: Ukraynadakı Rusiya qüvvələrinin “Qərb” qrupuna yeni komandan təyin ediləcək
# 30 dekabr 2022 11:34 (UTC +04:00)

Rusiyanın Ukraynadakı qüvvələrinin “Qərb” qoşunları qrupuna yeni komandanın təyinatı gözlənilir.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidməti məlumat yayıb.

Bildirilib ki, general-leytenant Yevgeni Nikiforovun Ukraynadakı qüvvələrin “Qərb” qoşunları qrupunun komandanlığını təhvil alması gözlənilir.

“O, işğaldan sonra birləşmənin dördüncü komandiri olacaq və cəmi üç ay əvvəl təyin edilmiş general-polkovnik Sergey Kuzovlevi əvəz edəcək”, - məlumatda qeyd olunub.

O da bildirilib ki, işğalın ilk həftələrində Rusiya qüvvələrinin “Şərq” qoşunları qrupunun Baş Qərargah rəisi kimi, Nikiforov “Şərq” qrupunun və Hava-Desant Qüvvələrinin şimal-qərbdən Çernobıl ərazisi ilə Kiyevə doğru irəliləmək üçün fəlakətli cəhdinin planlaşdırılmasında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR