Britaniya ordusunun sosial şəbəkə hesablarına hücum olub

Britaniya ordusunun sosial şəbəkə hesablarına hücum olub
# 04 iyul 2022 01:16 (UTC +04:00)

Böyük Britaniya ordusunun “Twitter” və “Youtube”dakı səhifələri xaker hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordunun “Twitter” və “Youtube”dakı səhifələrinin hücuma məruz qalması ilıə bağlı təhqiqat davam edir. Britaniya ordusu informasiya təhlükəziliyini vacib hesab edir və problemi qısa vaxtda həll etməyə çalışır” deyə məlumatda bildirilir.

Ordu rəhbərliyi hadisəyə görə üzr istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR