Britaniya Qara dənizə hərbi gəmilərini göndərməyəcək

Britaniya Qara dənizə hərbi gəmilərini göndərməyəcək
# 24 may 2022 16:14 (UTC +04:00)

Böyük Britaniyanın hazırda Qara dənizə hərbi gəmilərini göndərmək planı yoxdur.

APA-nın Britaniya bürosu xəbər verir ki, bu barədə Britaniya hökumətinin sözçüsü bildirib.

O qeyd edib ki, Rusiyanın Odessa limanını blokadada saxlaması ərzağın, qidaya ehtiyacı olan insanlara çatmasına mane olur.

“Ukraynadan taxıl ixracını bərpa etmək yollarını tapmaq üçün beynəlxalq tərəfdaşlarla intensiv işləməyə davam edəcəyik. Bununla belə, hazırda blokadada olan Ukraynanın Odessa limanından taxıl və s. məhsulların ixracatına kömək etmək məqsədilə hərbi gəmilərimizi göndərmək planımız yoxdur", - hökumət sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR