Britaniya qırıcı təyyarələrinin Ukraynaya göndərilməsi uzun müddət çəkəcək

Ben Uolles

© APA | Ben Uolles

# 09 fevral 2023 16:45 (UTC +04:00)

Böyük Britaniya qırıcı təyyarələrinin Ukraynaya göndərilməsi uzun müddət çəkəcək.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Böyük Britaniya qırıcılarının Ukraynaya qısa zaman ərzində göndərilməsi mümkün olmayacaq.

Uolles qeyd edib ki, Britaniya hökuməti qırıcı təyyarələrin əvəzində Ukrayna hava məkanının alternativ silahlarla qorunması məsələsinə diqqət yönəldib.

“Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə Böyük Britaniyanın təyyarələrini uzun müddətə verməsi daha real və məhsuldardır”, - nazir əlavə edib.

Ben Uolles öz növbəsində ölkəsinin sabiq Baş naziri Boris Consonun Böyük Britaniyanın 100 ədəd “Tayfun” döyüş təyyarəsi verə biləcəyi ilə bağlı təkliflərini rədd edib. “Tayfun”lar müxtəlif ölkələrin birgə istehsalı olduğu üçün onları Ukraynaya göndərməzdən əvvəl hər bir ölkənin icazəsi alınmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR