Britaniya Rusiya ilə münasibətləri normallaşdırmayacaq

Britaniya Rusiya ilə münasibətləri normallaşdırmayacaq
# 14 noyabr 2022 14:04 (UTC +04:00)

“Rusiya ilə münasibətləri normallaşdırmayacağıq”.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Sky News”a müsahibəsində deyib.

Ona Baş nazir Rişi Sunakın Rusiya Prezidenti Vladimir Putinlə eyni masa arxasında danışıq aparması ehtimalı ilə bağlı sual verilib.

Nazir Rusiya və Britaniya arasında bu mərhələdə danışıqların mümkün olmadığını deyib.

“Biz Rusiya ilə münasibətləri normallaşdırmayacağıq, çünki Rusiya öz qonşusunu işğal edib”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR