Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib
# 31 dekabr 2022 11:22 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, səfir 2022-ci ilin möhtəşəm bir il olduğunu bildirib.

“2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.

Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, - deyə Fergus Auld vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR