Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərir

Britaniya Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərir
# 06 fevral 2023 17:34 (UTC +04:00)

Böyük Britaniya Türkiyənin zəlzələlərdən sonra axtarış-xilasetmə və tibbi qrupların dərhal yerləşdirilməsi ilə bağlı yardım tələbinə cavab verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya Xarici İşlər Naziri Ceyms Kleverli deyib.

O bildirib ki, 76 Britaniyalı axtarış-xilasetmə mütəxəssisi, dörd axtarış iti və xilasetmə avadanlığı bu axşam Türkiyəyə çatacaq. Böyük Britaniya, həmçinin yerdəki vəziyyəti qiymətləndirmək üçün təcili tibbi yardım qrupu göndərir.

Təyyarənin Böyük Britaniyadan saat 16:00-da qalxması və yerli vaxtla axşam saat 21:00 radələrində Qaziantepə çatması gözlənilir.

Ceyms Kleverli bildirib ki, Britaniya lazım olarsa, Türkiyəyə əlavə dəstək verməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR