Britaniya Ukraynaya 80 km məsafədə hədəfi vuran raket sistemləri göndərəcək

M270 MLRS

© APA | M270 MLRS

# 02 iyun 2022 09:26 (UTC +04:00)

Britaniya Ukraynaya M270 MLRS raket sistemləri göndərəcək.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.

Onun sözlərinə görə, Britaniya Ukraynaya Rusiyaya qarşı özünü müdafiə etməsi üçün 80 kilometr məsafədə hədəfləri vura bilən M270 MLRS raket sistemləri göndərəcək.

Qeyd edib ki, bu raket sistemləri Ukraynanın özünümüdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

M270 sisteminin Ukraynaya göndərilməsi ilə bağlı qərarın ABŞ-ın HIMARS raket sistemləri göndərilməsi qərarı ilə koordinasiyalı qəbul edildiyi bildirilib.

Böyük Britaniya hökumətinin məlumatına görə Ukrayna hərbçilərinə raket sistemlərinin istifadəsi ilə bağlı Birləşmiş Krallıqda təlim keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR