Britaniya Ukraynaya “Challenger 2” tankları göndərəcək

Britaniya Ukraynaya “Challenger 2” tankları göndərəcək
# 16 yanvar 2023 22:28 (UTC +04:00)

Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles ölkəsinin Ukraynaya indiyədək ən böyük hərbi yardım paketinə daxil olan silahları açıqlayıb.

APA “Sky News”a istinadən xəbər verir ki, nazir ölkəsinin Ukraynaya 14 ədəd “Challenger 2” tankı, 30 ədəd AS90 özüyeriyən artilleriya qurğusu göndərəcəyini bəyan edib.

“Biz (Ukraynaya-red.) Qərb istehsalı əsas müharibə tankı bağışlayan ilk ölkə olacağıq”, - deyə Uolles bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR