Britaniya Ukraynaya daha 1 milyard funt sterlinq hərbi yardım ayıracaq

Boris Conson, Vladimir Zelenski

© APA | Boris Conson, Vladimir Zelenski

# 30 iyun 2022 11:36 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya daha 1 milyard funt-sterlinq dəyərində hərbi dəstək verəcək.

APA-nın Britaniya bürosunun xəbərimə görə, Baş nazir Boris Conson bu gün NATO liderlərinin Sammitində bəyan edib. Yeni hərbi dəstək mürəkkəb hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, innovativ yeni elektron müharibə avadanlığı və Ukrayna əsgərləri üçün minlərlə həyati ləvazimat dəstini əhatə edəcək.

Müdafiə naziri Ben Uolles Böyük Britaniyanın Ukrayna ilə bağlı öhdəliyinin real və daimi olduğunu deyib:

“Biz Rusiya öz kursunu dəyişənə qədər Ukraynanın yanında olacağıq. Bu hərbi yardım onlara Rusiyanın hücumuna qarşı mübarizəni gücləndirməyə kömək edəcək və onlara lazım olan müdafiə qabiliyyətini təmin edəcək”,- deyə nazir bildirib.

Yeni hərbi dəstək, bu il Böyük Britaniyanın Ukraynaya ümumi hərbi və iqtisadi dəstəyini 3,8 milyard funt-sterlinqə çatdırır.

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi dəstəklə bağlı Britaniya Baş naziri Boris Consona təşəkkür edib.
O bu barədə "Twitter"də bildirib.
"Mən Britaniyanın Baş naziri Boris Consona Ukraynaya təhlükəsizlik yardımı üçün əlavə 1 milyard funt sterlinq maliyyə yardımı ayırdığı üçün minnətdaram. Britaniya bizim əsl dostumuz və strateji tərəfdaşımızdır. Biz Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya rəhbərliyin ardıcıl dəstəyini yüksək qiymətləndiririk", Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR