Britaniya Ukraynaya daha 600 “Brimstone” raketi göndərəcək

Britaniya Ukraynaya daha 600 “Brimstone” raketi göndərəcək
# 19 yanvar 2023 18:44 (UTC +04:00)

Böyük Britaniya Ukraynaya daha 600 “Brimstone” raketi göndərəcək.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə müdafiə naziri Ben Uolles Estoniyaya səfəri zamanı bildirib.

O, Ukraynaya daha əvvəl elan edilmiş hərbi dəstək paketi, Britaniyanın tədarük edəcəyi raket növləri haqqında təfərrüatları açıqlayıb.

Ben Uolles qeyd edib ki, Britaniya Ukraynaya Rusiyaya qarşı mübarizədə dəstək vermək üçün daha 600 “Brimstone” raketi göndərməyi planlaşdırır:

“Bu, Ukraynanın döyüş meydanında üstünlük təşkil etməsinə kömək etmək üçün inanılmaz dərəcədə əhəmiyyətli olacaq”, - nazir deyib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinə səslənərək bildirib ki, Britaniya uzun müddət üçün Ukraynanın yanında olacaq.

Nazir vurğulayıb ki, Putin Ukrayna müqavimətinin gücünü lazımınca qiymətləndirməyib. Ben Uolles vurğulayıb ki, Rusiya yanlış olaraq enerji xərclərini artırmaqla Avropaya qarşı iqtisadi müharibə apararaq Qərbin Ukraynaya dəstəyini kəsəcəyinə inanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR