Britaniya Ukraynaya yeni silah partiyası göndərəcək

Britaniya Ukraynaya yeni silah partiyası göndərəcək
# 21 iyul 2022 15:41 (UTC +04:00)

Britaniya Ukraynaya 1600-dən çox tank əleyhinə silah və çoxlu sayda artilleriya silahı tədarük edəcək.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

O qeyd edib ki, Britaniya Ukraynanı, həmçinin, batareyaya qarşı radar sistemləri, yüzlərlə dron və 50 mindən çox patron ilə təmin edəcək.

“Beynəlxalq tərəfdaşlarımızla birlikdə biz Ukraynanın özünü işğaldan müdafiə etməsi üçün lazımi silahlara malik olmasını təmin edəcəyik”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, Boris Conson ötən ay Ukraynaya 1 milyard funt-sterlinq (1,2 milyard dollar) hərbi dəstək vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR