Britaniya XİN: “İranın Hörmuz boğazında iki Britaniya gəmisini saxlamağından son dərəcə narahatlıq keçiririk”

Britaniya XİN: “İranın Hörmuz boğazında iki Britaniya gəmisini saxlamağından son dərəcə narahatlıq keçiririk”
  • Clock-gray 01:00
  • calendar-gray 20 İyul 2019

Böyük Britaniya Hörmüz boğazında İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən iki gəminin saxlanılmasından çox narahatlıq keçirir.

APA-nın London bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, bu sözləri Britaniyanın xarici işlər naziri Ceremi Hant deyib. O, gəmilərin saxlanılmasının qəbuledilməz olduğunu, onların sərbəst şəkildə hərəkətlərinin təmin edilməsinin vacibliyini bildirib. Britaniya XİN-ın yaydığı bəyanatda gəmidə Britaniya vətəndaşının olmadığı qeyd edilib.

C.Hant Tehrandakı Britaniya səfirinin İran Xarici İşlər Nazirliyi ilə əlaqə qurduğunu və məsələnin həlli üçün çalışıldığını da əlavə edib.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date