Britaniya XİN: Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq - VİDEO

Britaniya XİN: Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq - VİDEO
# 27 aprel 2022 02:10 (UTC +04:00)

Britaniya xarici siyasət idarəsinin rəhbəri Liz Tras qərb ölkələrini Ukraynaya tank və təyyarə verməyə, həmçinin rus qazından imtinaya çağırıb.

APA-nın xəbərinə görə, bu barədə nazirin bir tədbirdə çıxışından edilən çıxarışda bildirilib.

“Biz uzunmüddətli perspektivə hazır olmalı və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz ehtiyatlarımızdakı ağır silahları, tank və təyyarələri gözdən keçirməli, istehsalı artırmalıyıq”, - deyə Tras bildirib.

Diplomat həmçinin bildirib ki, Qərb Rusiyaya təzyiqləri artırmaqla yanaşı bu ölkədən neft və qaz idxalından da imtina etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR