Britaniya yaxın həftələrdə ukraynalı hərbi pilotlar üçün təlimlərə başlayacaq

Britaniya yaxın həftələrdə ukraynalı hərbi pilotlar üçün təlimlərə başlayacaq
# 02 iyun 2023 15:51 (UTC +04:00)

Böyük Britaniya yaxın həftələrdə ukraynalı hərbi pilotlara Qərb hərbi texnikasını idarə etmək üçün təlimlərə başlayacaq.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Kişineuda “Avropa siyasi birliyi”nin sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

Bildirilib ki, hər iki lider beynəlxalq ictimaiyyətin Ukraynanın əks-hücum əməliyyatını necə dəstəkləyə biləcəyini müzakirə edib. Baş nazir yaxın həftələrdə Böyük Britaniyada ukraynalı pilotların təliminə başlamaq planlarından danışıb. Bundan əlavə, Rişi Sunak Ukraynanın layiqli yerinin NATO-da olduğunu və Britaniyanın yaxın illərdə alyansa qoşulmaq üçün Kiyevin istəklərini dəstəkləyəcəyini bir daha vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR