Britaniya yeni nüvə elektrik stansiyasının tikilməsini təsdiqləyib

Britaniya yeni nüvə elektrik stansiyasının tikilməsini təsdiqləyib
# 20 iyul 2022 16:50 (UTC +04:00)

Britaniya hökuməti İngiltərənin şərqində altı milyon ev üçün aşağı karbonlu elektrik enerjisi istehsal edəcək yeni "Sizewell C" atom elektrik stansiyasının tikintisinə icazə verib.

APA AFP-yə istinadən xəbər verir ki, 3200 MVt gücündə olacaq stansiyanın Britaniyanın 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına çevrilməsi hədəfinə çatmağa kömək edəcəyi gözlənilir.

Bu layihənin 80 faizi Fransanın əsas enerji şirkəti olan EDF-yə, qalan hissəsi isə Çinin dövlət nüvə şirkəti CGN-ə məxsusdur.

Böyük Britaniya irimiqyaslı nüvə layihəsinin inkişafı üçün artıq 1,7 milyard funt-sterlinq maliyyə ayırıb və yekun investisiya qərarı 2024-cü ilə qədər veriləcək.

Suffolkda tikiləcək nüvə elektrik stansiyasının tikinti işlərinin 9-12 il çəkəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR