Britaniyada 3 gündür sutkalıq yoluxma sayı 200 000 nəfərə çatır

Britaniyada 3 gündür sutkalıq yoluxma sayı 200 000 nəfərə çatır
# 31 dekabr 2021 22:21 (UTC +04:00)

Böyük Britaniyada ardıcıl 3 gündür koronavirusa sutkalıq yoluxma sayı 200 000 nəfərə yaxınlaşır.

APA-nın xəbərinə görə, son sutkada 189 800 yeni yoluxma aşkar edilib ki, bu da pandemiya dövründə maksimal göstəricidir. Rəsmi məlumata görə 3 gündür ardıcıl olaraq sutkalıq yoluxma sayı 180 min nəfərdən yüksəkdir.

Yoluxanların sayı ötən həftəyə nisbətdə 49% artıb. Ötən həftə sutkalıq yoluxma 140 min nəfər həddində idi. Yoluxma sayının kəskin artması yeni Omikron ştamı ilə izah edilir.

Sutka ərzində koronavirusdan 203 ölüm faktı qeydə alınıb. Bu siyahıdakı kəskin artımın səbəbi isə Milad bayramı müddətində uçotun tam aparılmaması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR