Britaniyada koronavirusa yoluxmuş tam vaksin olunmuş şəxslərin karantində qalacaqları günlərin sayı yanvarın 17-dən etibarən 7 gündən 5 günə endirilir.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sacid Cavid bildirib.
Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, nazir bildirib ki, müsbət halların 70%-i beş günün tamamında artıq yoluxucu deyil.
Yeni qaydaya görə, COVID-19-a yoluxmuş şəxslər beş gün izolyasiyada qaldıqdan, beş və altıncı günlərdə də neqativ test nəticələri əldə etdikdən sonra izolasiyanı dayandıra bilərlər.
Bundan öncəki qaydalara görə isə, tam vaksin olunmuş şəxslər 7 gün ərzində özlərini izolasiya etməli idi.