Britaniyada koronavirusa sutkalıq yoluxma sayında ən yüksək göstərici qeydə alınıb

 Britaniyada koronavirusa sutkalıq yoluxma sayında ən yüksək göstərici qeydə alınıb
# 29 dekabr 2021 23:19 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 183 037 nəfər olub ki, bu da pandemiyanın başlanğıcından bəri krallıqda ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, son sutkada 183 037 nəfər koronavirusa yoluxub. Ümumi yoluxma sayı isə 12 559 926 nəfərə çatıb.

Son sutka ərzində 57 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 148 089 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR