Britaniyada Miladdan sonrakı şopinqin ilk günündə alıcıların sayı kəskin azalıb

Britaniyada Miladdan sonrakı şopinqin ilk günündə alıcıların sayı kəskin azalıb
# 29 dekabr 2021 10:58 (UTC +04:00)

Böyük Britaniyanın katolik Milad bayramından sonra ənənəvi satış mövsümünün ilk günündə alıcıların sayı 2019-cu ilə nisbətən 32% azalıb. Bu, həmçinin COVID-19-la bağlı mövcud olan risklərlə əlaqədardır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Springboard" analitik şirkətinin açıqlamasında deyilir.

Buna baxmayaraq, şirkətin ekspertlərinin fikrincə, bazar ertəsi, dekabrın 27-də mağazalarda alıcı axını "Boxing day" adlanan ("Hədiyyələr günü") dekabrın 26-na nisbətən çox olub.

Eyni zamanda, Londonun məşhur ticarət mərkəzində alış-veriş edənlərin sayı qismən dəmiryol şəbəkəsində yaranan nasazlıq səbəbindən azalıb.

Əsas küçələrdə alıcı axını 2019-cu illə müqayisədə 40,1%, ticarət mərkəzlərində 38,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR