Britaniyada monarxiyaya qarşı etiraz aksiyası keçirilib

Britaniyada monarxiyaya qarşı etiraz aksiyası keçirilib
# 24 sentyabr 2023 16:03 (UTC +04:00)

Bukingem sarayında respublikaçı fəallar monarxiyaya qarşı etiraz aksiyası keçiriblər.

APA xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin yazdığı kimi, etirazçılar turist adı altında iqamətgaha daxil olublar. Məlumata görə, onlar böyük zalda gödəkçələrini çıxardıblar, üzərilərindəki köynəkdə isə "Mənim Kralım Deyil" deyə yazı olub.

Sarayın təhlükəsizlik işçiləri dərhal fəalları saxlayıb və onları əsas darvazadan çıxarıblar. Qəzet aydınlaşdırıb ki, iştirakçılardan heç biri həbs olunmayıb.

Antimonarxiya hərəkatının icraçı direktoru Qrem Smit qeyd edib ki, bu, Bukingem sarayında keçirilən ilk etiraz aksiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR