Britaniyada orduya əlavə vəsait ayrılacaq

Britaniyada orduya əlavə vəsait ayrılacaq
# 30 yanvar 2023 19:42 (UTC +04:00)

Böyük Britaniya ordusunun təcili yenidən əlavə vəsaitin ayrılmasına ehtiyacı var.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya silahlı qüvvələr naziri Ceyms Heppi parlamentdə deyib.

O bildirib ki, orduya onilliklər ərzində ardıcıl olaraq az investisiya qoyulub və bu səbəbdən ordu yenidən kapitallaşmaya təcili ehtiyac duyur.

Nazir qeyd edib ki, həm maliyyə naziri, həm də Baş nazir Rişi Sunak bunu başa düşür və bununla bağlı yeni büdcə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR