Britaniyada yarım milyona yaxın dövlət işçisi tətil edir

Britaniyada yarım milyona yaxın dövlət işçisi tətil edir
# 01 fevral 2023 16:42 (UTC +04:00)

Britaniyada yarım milyona yaxın dövlət qulluqçusu, müəllim və qatar maşinistləri tətil edir.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Milli Təhsil Birliyinin təxminlərinə əsasən İngiltərə və Uelsdə 23,000-ə yaxın məktəb, 150 universitet bu tətilin baş tutmasından təsirlənib.

Hökumət idarələri, Sərhəd Qüvvələr, muzeylər və digər dövlət qurumlarında işləyən 100.000-ə qədər üzvünün də tətilə qoşulduğu qeyd edilir.

Tətil nəticəsində Böyük Britaniyanın 14 böyük dəmir yolu operatorunda əksər xidmətlər dayanıb.

İşçilər maaşların az olması səbəbindən tətil edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR