Britaniyalılar keçmiş baş nazirin ən yüksək ordendən məhrum olunmasını tələb edirlər

Toni Bleyer

© APA | Toni Bleyer

# 02 yanvar 2022 07:34 (UTC +04:00)

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin ölkənin ən yüksək mükafatı hesab edilən Qarter ordenindən (Böyük Britaniyanın ali cəngavər ordenidir, 1348-ci ildə təsis olunub – red.) məhrum olunmasını tələb edən petisiya yarım gün ərzində 100 mindən çox imza toplayıb.

APA xəbər verir ki, bu barədə “change.org” saytı məlumat yayıb.

“Toni Bleyerair Birləşmiş Krallığın konstitusiyasına və cəmiyyət quruluşuna düzəlməz zərər vurub. O, çoxlu sayda günahsız mülki şəxsin ölümünə və müxtəlif münaqişələrdə iştirakına görə şəxsən məsuliyyət daşıyır. O, hərbi cinayətlərə görə cavab verməlidir. Toni Bleyer hər hansı bir hökumət mükafatına layiq görülməyə şəxsdir”, deyə petisiyada deyilir.

Qeyd edək ki, Bleyer 1997-2007-ci illərdə Britaniyanın baş naziri vəzifəsində çalışıb. Bu müddət ərzində Britaniya İraq və Əfqanıstana hücumlarda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR