Britaniyanın Berlindəki səfirliyinin mühafizəçisi Rusiyaya casusluqda ittiham olunur

Britaniyanın Berlindəki səfirliyinin mühafizəçisi Rusiyaya casusluqda ittiham olunur
# 11 noyabr 2022 19:41 (UTC +04:00)

Böyük Britaniyanın Berlindəki səfirliyinin mühafizəçisi ən azı 10 ay ruslar üçün casusluq etməkdə təqsirli bilinib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, 58 yaşlı David Ballantyne Smith keçən il avqustun 10-da evinin yaxınlığında alman polisi tərəfindən əməliyyat zamanı yaxalanaraq həbs edilib.

Əslən Şotlandiyadan olan David Smithin Rusiya hərbi attaşesinə səfirliyin müxtəlif üzvlərinin fəaliyyətləri, şəxsiyyətləri, ünvanları və telefon nömrələri ilə bağlı sirləri ötürdüyü qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR