Britaniyanın müdafiə naziri rusiyalı həmkarını Londona səfərə dəvət edib

Ben Uolles və Sergey Şoyqu

© APA | Ben Uolles və Sergey Şoyqu

# 18 yanvar 2022 01:15 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu Londona səfərə dəvət edib.

APA-nın məlumatına görə, bu barədə nazir parlamentdə çıxış edərkən deyib.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdim. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırıq”, - deyə Uolles vurğulayıb.

O bildirib ki, Rusiya-NATO Şurası alyansın Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR