Britaniyanın müdafiə naziri: “Türkiyənin narahatlıqlarını mütləq dinləyəcəyik”

Britaniyanın müdafiə naziri Ben Vallas

© APA | Britaniyanın müdafiə naziri Ben Vallas

# 19 may 2022 18:48 (UTC +04:00)

“İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağın yolu var”.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Vallas parlamentdə çıxışında deyib.

“Hesab edirəm bunun üçün yol var. Düşünürəm ki, biz sonunda oraya çatacağıq. Bu prosesdə bütün üzvləri və onların narahatlıqlarını dinləməyimiz çox vacibdir və biz Türkiyəni mütləq dinləyəcəyik”, - Britaniyanın müdafiə naziri bildirib.

O əlavə edib ki, türkiyəli həmkarı Hulusi Akarla danışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR