Britaniyanın müdafiə naziri: “Ukraynanın əməliyyatları dayandırması üçün heç bir səbəbi yoxdur”

Britaniyanın müdafiə naziri: “Ukraynanın əməliyyatları dayandırması üçün heç bir səbəbi yoxdur”
# 13 noyabr 2022 17:21 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bazar günü bildirib ki, hazırda müharibə zonasında baş verən son hadisələr fonunda Ukraynanın Rusiya ilə danışıqlar prosesinə başlaması üçün heç bir səbəb görmür.

APA xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

O deyib ki, Ukrayna son nəticədə güc mövqeyindən danışıqlar aparmaq istəyəcək.

"Vəziyyət Ukraynanın xeyrinə inkişaf edir. Ukraynanın bu döyüşü dayandırması üçün heç bir səbəb görmürəm” - Uolles bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR