Britaniyanın sabiq Brexit naziri Boris Consonu istefaya çağırıb

Boris Conson

© APA | Boris Conson

# 19 yanvar 2022 17:25 (UTC +04:00)

Böyük Britaniyanın sabiq Brexit naziri David Davis Boris Consonu istefaya çağırıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, David Davis bu gün parlamentin İcmalar Palatasında həftəlik keçirilən sual sessiyası zamanı Boris Consona səslənib və onun istefasını tələb edib.

David Davis bildirib ki, o, vaxtı ilə Brexit zamanı Boris Consonu qəzəbli seçicilərə qarşı hər zaman müdafiə edib, o cümlədən Brexitin uğurlarını hər çıxışında xatırladıb. Ancaq keçmiş nazir bildirib ki, Boris Conson atdığı hərəkətlərə görə, məsuliyyət daşımalı olsa da o, bunun əksini edib.

"Etdiyiniz hər şeyə görə o kürsüdə çox oturdunuz. Allahın adı ilə, gedin!" ,- deyə keçmiş nazir çıxışında Boris Consonu istefaya səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR