Brüsseldə Avropa İttifaqı-Ukrayna Assosiasiya Şurasının 8-ci iclası keçirilib

Brüsseldə Avropa İttifaqı-Ukrayna Assosiasiya Şurasının 8-ci iclası keçirilib
# 06 sentyabr 2022 03:27 (UTC +04:00)

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Josep Borrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyəti arasında Avropa İttifaqı-Ukrayna Assosiasiya Şurasının 8-ci iclası keçirilib.

APA xəbər verir ki, görüşdən sonra Ukraynanın baş naziri Şmıqal və Avropanın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli ilə birgə mətbuat konfransı keçirən Borrell bir daha Rusiyanı geri çəkilməyə çağırıb və AB-nin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

“Cənab baş nazirlə ilk dəfə fevral ayında görüşdük. Bu, hücumdan bir qədər əvvəl idi. İndi tamamilə fərqli mühitdəyik. Bu dəfə Ukrayna AB-yə namizəd ölkədir. Siz Avropa ailəsinə daxil olmağı hədəfləyirsiniz. Rusiya bunu nəzərə almamışdır”, - deyə Borrel bildirib.

Onun sözlərinə görə, Aİ bu gün Ukraynaya tam dəstəyini davam etdirəcək.

“Mən fürsətdən istifadə edərək, Rusiyanın gücü və təzyiqi qarşısında təslim olmayan Ukraynanı salamlayıram. Onlar müstəqillikk,azadlıq uğrunda mübarizə aparırlar. Bir çox Avropa ölkələrinin dediyi kimi, sizin mübarizəniz bizim mübarizəmizdir. Biz maddi,silah və konkret yardım göstərməliyik və müharibənin səbəblərini dərk etməliyik”,- deyə Borrel vurğulayıb.

Onun szölərinə görə, Rusiyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya dəstək bundan sonra da davam edəcək.

Borrel deyib ki, istədiyimiz ilk şey Ukraynada müharibəni bitirməkdir.

Atom elektrik stansiyalarının təhlükəsizliyinə diqqət çəkən Borrell, Rusiyanı təcili olaraq tanınmış beynəlxalq sərhədlər səviyyəsinə geri çəkilməyə çağırıb.
Bura Zaporojye Atom Elektrik Stansiyası da daxildir.

“Rusiya odla oynayır. Nüvə təhlükəsizliyi əsas məsələdir. Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin səylərini dəstəkləyirik”,- deyə o bildirib.

Borrelldən sonra mətbuat konfransında danışan Baş nazir Şmıqal bildirib ki, Ukrayna azadlığa və Aİ-yə doğru seçimini ağır şəkildə ödəyir.

“Biz Ukraynanın Aİ-yə üzvlük yolu ilə bağlı danışıqlar aparırıq. Ümid edirik ki, üzvlük yolu mümkün qədər qısadır. Biz namizədlik prosesimizin onilliklərlə çəkilməsini istəmirik. Biz bu yolda bir cədvəl təyin etmək və Aİ üzvlüyünə çatmaq istəyirik”, - deyə o bildirib.

Rusiyanın zəifləmədiyini deyən Şmıqal ölkəsinin silaha ehtiyac olduğunu bildirib.

Oliver Varheli isə çıxışında bildirib ki, Ukrayna xalqı müharibənin böyük təzyiqinə baxmayaraq müqavimət göstərir.

“Bu gün Ukrayna Aİ-yə üzv olmağa namizəd ölkədir. Biz korrupsiyaya qarşı mübarizəni və ölkə daxilində müxtəlif qrupların müdafiəsini prioritet hesab edirik. Rusiyanın təzyiqlərinə baxmayaraq, biz ticarət və gömrük məsələləri ilə məşğul olmağa davam edirik. Aramızda işləyən azad ticarət sisteminə nail olduq. Biz rəqəmsallaşma və telekommunikasiya sektorlarında uğurlu transformasiyaya dəstək veririk”.- deyə Varheli bildriib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR