Brüsseldə iğtişaş zamanı polis gözyaşardıcı qazdan istifadə edib, 15 nəfər xəsarət alıb

Brüsseldə iğtişaş zamanı polis gözyaşardıcı qazdan istifadə edib, 15 nəfər xəsarət alıb
# 24 yanvar 2022 01:18 (UTC +04:00)

Yanvarın 23-də Brüsseldə sanitar məhdudiyyətlərə qarşı nümayişdən sonra baş verən iğtişaşlarda azı 15 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Brüssel-İksel şəhər polisi məlumat yayıb.

Polisin hesablamalarına görə, Avropada sanitar məhdudiyyətlərə qarşı nümayişdə 50 minə qədər insan iştirak edib.

Brüsselin Avropa kvartalında keçirilən nümayişdən sonra polislə toqquşmalar və minə qədər adamın iştirak etdiyi talanlar olub. Azı 12 etirazçı və üç polis yaralanıb.

Polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib, onlarla nümayişçi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR