Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanılıb - VİDEO - YENİLƏNİB

Brüsseldə iğtişaşlara görə futbol fanatları saxlanılıb  - VİDEO   - YENİLƏNİB
# 28 noyabr 2022 06:21 (UTC +04:00)

Hüquq-mühafizə orqanları Belçika-Mərakeş oyunundan sonra baş verən iğtişaşlarda 10 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

***

20.38

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

APA-nın Belga agentliyinə istinadla xəbərinə görə, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR