Brüsseldə mədəniyyət və əyləncə mərkəzlərinin bağlanılmasına qarşı aksiya keçirilib - VİDEO

Brüsseldə mədəniyyət və əyləncə mərkəzlərinin bağlanılmasına qarşı aksiya keçirilib - VİDEO
# 26 dekabr 2021 21:36 (UTC +04:00)

Bu gün Brüsseldə mədəniyyət və əyləncə mərkəzlərinin bağlanmasına qarşı keçirilən etiraz aksiyasında 5 mindən çox insan iştirak edib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə şəhər polis idarəsinin sözçüsü İlze Van De Keyre məlumat verib.

Onun sözlərinə görə, aksiya icazəli xarakter daşıyıb və insidentsiz başa çatıb.

Aksiyanın təşkilatçıları isə aksiyada 15 minə qədər insanın iştirak etdiyini iddia edib.

Qeyd edək ki, bu gündən Brüsseldə karantin rejimi çərçivəsində 50-dən çox teatr və kinoteatrın fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR