Brüsseldə Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müzakirələr başlayıb - YENİLƏNİB

Brüsseldə Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müzakirələr başlayıb - YENİLƏNİB
# 23 iyun 2022 18:21 (UTC +04:00)

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iki günlük sammiti öz işinə başlayıb.

APA xəbər verir ki, sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti kimi məsələlər müzakirə ediləcək.

Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib. Sammit çərçivəsində bu gün Ukrayna və Moldovaya namizəd statusunun verilməsi gözlənilir.

***

10:43

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iki günlük sammiti öz işinə başlayacaq.

APA xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.

Bildirilib ki, sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti ilə bağlı müzakirələr aparılacaq.

Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR