Brüsseldə Ukraynanın iştirakı ilə NATO müdafiə nazirlərinin görüşü olacaq

Brüsseldə Ukraynanın iştirakı ilə NATO müdafiə nazirlərinin görüşü olacaq
# 28 may 2022 03:52 (UTC +04:00)

İyunun 15-16-da Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə bu barədə Şimali Atlantika Alyansının yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Ukrayna, Gürcüstan, Finlandiya və İsveç nümayəndələrinin iştirak edəcəyi görüş mətbuata qapılı olacaq.

Ayrıca, iyunun 15-də qərargahda ABŞ-ın təşkilatçılığı ilə Ukrayna üzrə təmas qrupunun görüşü keçiriləcək.

Alyansın müdafiə nazirlərinin qarşıdan gələn iclasında Ukraynaya hərbi təchizatın koordinasiyası üzrə gələcək səylər müzakirə olunacaq, müharibənin gedişi qiymətləndiriləcək və NATO ölkələrinin Avropadakı təhlükəsizlik vəziyyəti nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR