Bu gün Ukraynada humanitar dəhlizlər açılmayacaq

İrina Vereşçuk

© APA | İrina Vereşçuk

# 22 aprel 2022 11:28 (UTC +04:00)

Mülki əhalinin təxliyəsi üçün bu gün Ukraynada humanitar dəhlizlər açılmayacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk "Telegram"da bildirib.

"Bu gün, aprelin 22-də yollarda yaranan təhlükə ilə əlaqədar humanitar dəhlizlər olmayacaq. Təxliyəni gözləyənlərin hamısına müraciət edirəm: səbr edin, lütfən!", - o qeyd edib.

Xatırladaq ki, bu həftənin əvvəlində üç gün davamlı olaraq ölkədə humanitar dəhlizlər açılmayıb.

Aprelin 21-də isə 80 nəfərin olduğu dörd avtobus Mariupoldan Zaporojyeyə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR