“Buxarest doqquzluğu” Moldovanın Avropa yolunu dəstəkləyib

“Buxarest doqquzluğu” Moldovanın Avropa yolunu dəstəkləyib
# 07 iyun 2023 05:26 (UTC +04:00)

“Buxarest doqquzluğu” (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) ölkələri Moldova hakimiyyətinin Avropayönlü siyasətini dəstəkləyir.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu barədə adıçəkilən ölkələrin liderlərinin Polşa Prezidentinin rəsmi saytında dərc olunmuş birgə bəyanatında deyilir.

“Biz Moldova Respublikasının Avropa yolunda sabitliyi qorumaq və islahatları təşviq etmək səylərini yüksək qiymətləndiririk”, - sənəddə deyilir.

“Doqquzluq” liderləri Moldovaya, eləcə də Gürcüstana, Bosniya və Herseqovinaya NATO vasitəsilə hər hansı pis niyyətli təsirə qarşı bütünlüklərini və dayanıqlılıqlarını gücləndirmək üçün dəstəyi artırmaq niyyətlərini ifadə ediblər.

Onlar həmçinin qeyd ediblər ki, “Buxarest doqquzluğu” Baltik və Qara dənizlərin, eləcə də Balkanların Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyətini dərk edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR