"Buxarest doqquzluğu" ölkələrinin prezidentləri Bratislavada görüşəcək

"Buxarest doqquzluğu" ölkələrinin prezidentləri Bratislavada görüşəcək
# 02 iyun 2023 20:00 (UTC +04:00)

"Buxarest doqquzluğu" ölkələrinin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya, Estoniya) prezidentləri Bratislavada görüşəcək.

APA xəbər verir ki, bu barədə Slovakiya dövlət başçısının mətbuat katibi Martin Strijinets jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iyulda Vilnüsdə keçiriləcək NATO sammiti öncəsi mövqelərini əlaqələndirmək üçün iyunun 6-da "Buxarest doqquzluğu" ölkələrinin liderləri Bratislavada bir araya gələcək.

"Bu, qrupun sayca səkkizinci görüşü olacaq. Onlar Şimali Atlantika Alyansının sammitinə qədər öz mövqelərini əlaqələndirəcəklər", - Strijinets bildirib.

O qeyd edib ki, prezidentlərin görüşündə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək. İclas Bratislava qalasında baş tutacaq.

İclasda Avropa İttifaqının şərqində təhlükəsizlik məsələləri də müzakirə olunacaq. "Rusiyanın Ukraynada davam edən təcavüzünün Şərqi Avropa ölkələri üçün mənfi nəticələrindən də danışacağıq", - Strijinets əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR