Çaba qasırğası Çinə ciddi ziyan vurub

Çaba qasırğası Çinə ciddi ziyan vurub
# 06 iyul 2022 03:31 (UTC +04:00)

Çaba qasırğası Çinin cənubunda ciddi fəsad törədib.

APA-nın xəbərinə görə, Güclü küləklə müşayiət olunan leysan Quansi və Quandun əyalətlərində daşqına səbəb olub. Bir neçə şəhərdə evləri və yolları su basıb, nəqliyyatın hərəkəti iflic olub. Meteorologiya xidməti qasırğanın ölkənin mərkəzinə doğru irəliləyəcəyi, daşqınların miqyasının genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ölkə miqyasında anomal istilərlə mübarizə aparan Çinə ötən ay da rekord həcmdə yağıntı düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR