Çavuşoğlu ABŞ-a yola düşür

Çavuşoğlu ABŞ-a yola düşür
# 17 yanvar 2023 19:52 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 17-20 yanvar tarixlərində ABŞ-da rəsmi səfərdə olacaq.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində 18 yanvarda Vaşinqtonda Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında ikitərəfli görüş keçiriləcək.

Bundan əlavə, görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirə ediləcəyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Yanvarın 17-si isə Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini səfir Sedat Önal və ABŞ katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında məsləhətləşmələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR