Çavuşoğlu Aİ-nin Türkiyəyə ehtiyac duyduğunu bildirib

Çavuşoğlu Aİ-nin Türkiyəyə ehtiyac duyduğunu bildirib
# 08 avqust 2022 12:17 (UTC +04:00)

Ukrayna və Rusiya arasında vasitəçilik rolunu oynamaq, “Taxıl daşınmasına dair sazişi”n İstanbulda imzalanması Türkiyənin güclü xarici siyasətinin bəhrəsidir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Ukrayna böhranı Türkiyənin dəyərini, dostluğunu bir daha göstərdi: “Ukrayna müharibəsi gec-tez bitəcək, amma ortaq maraqlarımızı təmin etmək ehtiyacı qalacaq”.

Nazir, Avropa İttifaqının Türkiyənin ona üzv olduğu təqdirdə dünyada real güc mərkəzi ola biləcəyini əlavə edib. Çavuşoğlu Türkiyə-Aİ münasibətlərinin bir neçə üzv ölkənin qeyri-obyektiv mövqeyindən daha üstün olduğunu, strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Avropanın Türkiyəyə ehtiyacı var. Türkiyənin isə Avropa qitəsinin təhlükəsizliyinin qorunması məsələsində öhdəliyi var, çünki Türkiyə Avropadır”.

Bundan əlavə, nazir, Türkiyənin bir çox ölkələrlə üç və dördtərəfli formatda sıx əməkdaşlıq etdiyini qeyd edib. O, həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistanla XİN rəhbərləri, nəqliyyat və ticarət nazirləri səviyyəsində olan üçtərəfli əməkdaşlıq mexanizmin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR