Çavuşoğlu: Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 30 yanvar 2023 12:01 (UTC +04:00)

“Avropa İttifaqına üzvlük bizim üçün strateji hədəfdir”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Portuqaliya XİN başçısı ilə Aİ və Türkiyə arasında əməkdaşlıq müzakirə olunub:

“Aİ-yə üzvlük bizim üçün strateji hədəfdir, amma Aİ də qərar verməlidir. Gömrük, viza liberallaşması sahələrində addımlar atıla bilər, ancaq Aİ-nin bu addımlardan geri durduğunu görürük”.

Portuqaliya XİN başçısı Juo Kravinyo isə öz növbəsində bildirib ki, onun ölkəsi hər zaman Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyib. “Biz Türkiyə ilə yüksək səviyyədə dialoqu hər zaman saxlamalıyıq”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR