Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib

Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib
# 13 sentyabr 2022 22:54 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həlak olan Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında etdiyi paylaşımda bildirib.

“Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR