Çavuşoğlu: Bu il Yunanıstan XİN rəhbəri Türkiyə ilə bağlı 1080 “tvit” atıb

Dendias, Çavuşoğlu

© APA | Dendias, Çavuşoğlu

# 02 noyabr 2022 11:03 (UTC +04:00)

Bu il ərzində mən Yunanıstanla bağlı 40 “tvit” atmışam. Yunanıstan xarici işlər naziri Nikos Dendias isə Türkiyə ilə bağlı 1080 “tvit” atıb. Bu, bir gündə bir “tvit”dən artıq edir.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Yunanıstan Türkiyənin gündəmini təşkil etmir. Lakin bununla belə, Yunanıstan hüquqazidd hərəkətlər edir.

Eyni zamanda, Çavuşoğlu vurğulayıb ki, Yunanıstan FETÖ, PKK və digər terror təşkilatları üçün etibarlı liman rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR