Çavuşoğlu: “Finlandiya və İsveç addımlar atıb, lakin öhdəliklərini icra etdiklərini söyləmək çətindir”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

# 08 noyabr 2022 14:07 (UTC +04:00)

“Bugünkü iclas gələcəkdə konkret addımların atılması baxımından vacib olacaq”.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan İsveç Baş naziri ilə keçiriləcək müzakirələrlə bağlı sualı cavablandırarkən deyib.

Çavuşoğlu Madriddə imzalanmış Üçtərəfli Anlaşma Memorandumunun (Finlandiya, İsveç və Türkiyə) icrasına nəzarət etmək üçün yaradılmış Daimi Birgə Mexanizmin ilk iclasının Helsinkidə keçirildiyini xatırladıb. O diqqətə çatdırıb ki, İsveçin əvvəlki hökuməti Daimi Birgə Mexanizmin iclasını seçkidən əvvəl Stokholmda keçirməyə cəsarət etməyib, ona görə də iclas Finlandiyada keçirilib.

Türkiyə XİN başçısı növbəti iclasın Stokholmda keçiriləcəyini vurğulayıb.

“Bu görüşdə yenidən Anlaşma Memorandumu, üçlü şəkildə görülən və görülməyən işlər müzakirə olunacaq. Daha sonra hesabat hazırlanacaq və bundan sonra yenidən qiymətləndirmə olacaq. Hər iki ölkə müəyyən addımlar atıb, lakin indiki mərhələdə onların öhdəliklərini yerinə yetirdiyini söyləmək çətindir”, - Çavuşoğlu qeyd edib.

XİN rəhbəri bu gün keçiriləcək görüşün gələcəkdə atılacaq addımların müəyyənləşdirilməsində kritik rol oynayacağını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR