Çavuşoğlu: İsveç artıq NATO-ya üzvlüklə bağlı qərar verməlidir

Çavuşoğlu: İsveç artıq NATO-ya üzvlüklə bağlı qərar verməlidir
# 26 yanvar 2023 16:01 (UTC +04:00)

İsveç artıq NATO-ya üzv olub-olmamaqla bağlı qərar verməlidir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan serbiyalı həmkarı İvitsa Daçiç ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, İsveç hələ də bu yolda ciddi və konkret addım atmayıb.

“İsveçin özündə də solçu millət vəkilləri var, hansılar ki, mənə zəng edib “İsveçin NATO-ya üzv olmağını əngəlləyin” deyirlər. Nəticə etibarı ilə İsveç özü qərar verməlidir. Bu halda üçtərəfli mexanizm üzrə iclasın bir mənası olmaz…Hətta NATO Baş katibi ara-sıra “İsveç lazım olanı edib” deyir. Bəlkə də belə deməyə məcburdur. Lakin növbəti görüşü Brüsseldə, NATO-nun Baş qərargahında keçirək ki, hər kəs reallığı görsün”, - deyə nazir vurğulayıb.

M. Çavuşoğlu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair prosesin bir-birindən ayrılması üçün təklifin daxil olmadığını da diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR